Stadnik dünya çempionatının finalında
Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Millimizin ən titullu güləşçisi 1/4 finalda dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə də heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb.
Finalın bir addımlığında 4 il əvvəl yeniyetmələr arasında olimpiya çempionu olan Şimali Koreya təmsilçisiylə ağır qarılaşmadan qalib ayrılan Stadnik karyerasında 4-cü dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Mariya oktyabrın 25-də qızıl medal uğrunda Yaponiya güləşçisiylə mübarizə aparacaq.
Anjela Doroqanın da startı parlaq alınıb. Yığma üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib. Amerikalı rəqiblə görüş ağır keçib və yığma üzvünün məğlubiyyəti ilə nəticələnib.
Alyona Kolesnik ilk mərhələdə son olimpiya və ikiqat dünya çempionuyla üz-üzə gəlib. Ancaq titullu rəqibindən qətiyyən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib.
Elmira Qəmbərovanın Bolqarıstan təmsilçisi ilə görüşü gərgin mübarizə şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib.
Azvision.az
Teqlər: Güləş AGF Mariya-Stadnik