İrina dünya üçüncüsü oldu

İrina dünya üçüncüsü oldu
  25 Oktyabr 2018    Oxunub:5805
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın 4-cü günündə qadınlardan ibarət yığmamızın üç üzvü mübarizəyə qoşulub.
Azvision.az xəbər verir ki, İrina Netreba ilk görüşdə Peru təmsilçisini sıradan çıxarıb. Millimizin üzvü 1/8 finalda İsveç güləşçisi üzərində qələbə qazanıb. Netreba 1/4 finalda çinli rəqibinə də aman verməyərək yarımfinala yüksələn ilk qadın güləşçimiz olub. Ancaq finalın bir addımlığında kanadalı güləşçiylə bacarmayıb.

İrina oktyabrın 24-də bürünc medal uğrunda amerikalı rəqiblə güləşib. Gərgin keçən qarşılaşmada tərəflər hərəyə 1 cərimə xalı alıb. Sonuncu xal yığmamızın üzvünün hesabına yazıldığından Netreba millimizin medal hesabını açıb.

Elis Manolova təsnifat mərhələsində italiyalı rəqibinə uduzub. Avropa çempionatının bürünc medalçısı Səbirə Əliyeva isə 1/8 finalda türk həmkarına müqavimət göstərə bilməyib. Amma Yasemin Adar finala çıxdığından Səbirə oktyabrın 24-də təsəlliverici görüşə çıxıb. Ancaq yaponiyalı həmkarına da uduzaraq, mübarizəni dayandırıb.

65 kq
Bürünc medal görüşü - İrina Netreba - Forrest Ann Molinari (USA) 1:1
1/2 final - İrina Netreba - Danielle Suzanne Lappaqe (CAN) 0:11
1/4 final - İrina Netreba - Çuyinq Tanq (CHN) 3:0
1/8 final - İrina Netreba - Henna Katarina Yohansson (SWE) 3:1
Təsnifat - İrina Netreba - Yanet Ursula Sovero Nino (PER) 6:2

68 kq
Təsnifat - Elis Manolova - Dalma Kaneva (İTA) 1:3

76 kq
Təsəlliverici görüş - Səbirə Əliyeva - Hiroe Minaqava Suzuki (JPN) 0:10
1/8 final - Səbirə Əliyeva - Yasemin Adar (TUR) 0:10

Azvision.az



Teqlər: Güləş   İrina  





Xəbər lenti