Şahzadə jurnalistin qətli barədə: “Kral, Ərdoğan və mən...”

 Şahzadə jurnalistin qətli barədə:  “Kral, Ərdoğan və mən...”
  25 Oktyabr 2018    Oxunub:5148
Jurnalist Camal Kaşoqinin qətlində adlı hallanan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ittihamlara cavab verib.
Azvision.az xəbər verir ki, şahzadənin fikrincə, Camalın ölümü ilə Türkiyə və Səudiyyənin arasını vurmağa çalışırlar.

Məlum cinayətdən kədərləndiyini deyən Salman günahkarların ədalət qarşısında cavab verəcəklərini söyləyib.

"Kaşoqi cinayəti çox acıdır. Türkiyə ilə əlaqələri korlaya bilməyəcəklər. Ədalət üstün olacaq və günahkarlar cəzalandırılacaq. Cinayətin üstünü açmaq üçün Türkiyə ilə birlikdə çalışırıq. Səudiyyə Ərəbistanı və Türkiyənin arasını vurmaq istəyənlər var. Kral Salman, mən və Ərdoğan olduqca, bunu bacara bilməyəcəklər. Hər iki ölkənin hökuməti cinayətkarın cəzalandırılması üçün iş birliklərini sübut edəcəklər", - deyə şahzadə Salman vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın sözlərinə görə, Camal Kaşoqinin qəltində vəliəhd şahzadə məsuliyyət daşıyır.

Azvision.az




Teqlər: Şahzadə   Salman   Camal   Kaşoqi   Qətl  





Xəbər lenti