“Tramp administrasiyası Azərbaycana Rusiya qədər diqqət ayırır” - Oleq Kuznetsov

 “Tramp administrasiyası Azərbaycana Rusiya qədər diqqət ayırır” -  Oleq Kuznetsov
  25 Oktyabr 2018    Oxunub:3879
“Azərbaycan beynəlxalq aləmdə öz mövqeyi olan suveren, müstəqil dövlətdir. Bu cür vəzifəli şəxsin Azərbaycana səfəri onun göstərir ki, böyük dövlətlər Bakının vacibliyini, onun müasir dünyada yerini anlayırlar”.
Azvision.az xəbər verir ki, bu sözləri rusiyalı tarixçi, qafqazşünas, hüquqşünas Oleq Kuznetsov ABŞ prezidenti Donald Trampın təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfərinə münasibət bildirərəkən deyib.

Kuznetsovun sözlərinə görə, ABŞ Azərbaycanla münasibətlərin qurulmasını vacib hesab edir: “Ərazisinin kiçik olmasına baxmayaraq, Azərbaycan böyük dövlətlər üçün hər hansı bir məsələnin nizamlanmasında həlledici rol oynayır. Ən azından ABŞ, Rusiya, Fransa və Çin üçün bu belədir. Azərbaycanın beynəlxalq müstəvidə yeri və rolu çox yüksəkdir. Boltonun Bakı səfəri onu göstərir ki, ABŞ Dövlət Departamenti və ABŞ prezidenti Donald Trampın administrasiyası Azərbaycana Rusiya qədər diqqət ayırır”.

Azvision.az



Teqlər: Rusiya   ABŞ   Azərbaycan  





Xəbər lenti