Rusiya və Çin kəşfiyyatı Trampın telefonunu dinləyir

Rusiya və Çin kəşfiyyatı Trampın telefonunu dinləyir
  25 Oktyabr 2018    Oxunub:3324
ABŞ prezidenti Donald Trampın şəxsi telefonu Rusiya və Çinini kəşfiyyat əməkdaşları tərəfindən dinlənilir.

Azvision.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb. Belə ki, Amerikanın xüsusi xidmət orqanları prezidentin şəxsi telefonunun kifayət qədər qorunmadığı barədə Trampa dəfələrlə xəbərdarlıq ediblər.
Lakin bu xəbərdarlıqlara məhəl qoymayan Tramp dinləmə əleyhinə lazımi müdafiə səviyyəsi olmadan öz şəxsi telefonundan istifadəyə davam edir.

ABŞ xüsusi xidmət orqanlarının məlumatına əsasən, Çin kəşfiyyatı Amerika prezidentinin telefonunu əsasən Trampın Pekinlə apardığı ticarət müharibələrini daha da gərginləşdirmək niyyətinin olub-olmadığını anlamaq üçün dinləyirlər. Həmçinin qeyd olunub ki, ABŞ Rusiya kəşfiyyatından gələn təhdidləri Çinə nisbətdə daha az təhlükəli hesab edir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   ABŞ   Çin  



Xəbər lenti