Ankara Kaşoqinin qətlini beynəlxalq məhkəməyə çıxarmayacaq

Ankara Kaşoqinin qətlini beynəlxalq məhkəməyə çıxarmayacaq
  25 Oktyabr 2018    Oxunub:2745
Türkiyənin səudiyyəli jurnalist Camal Kaşoqinin qətli ilə bağlı cinayət işini beynəlxalq məhkəməyə çıxarmaq niyyəti yoxdur.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu fələstinli həmkarı Riyad əl-Maliki ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

Nazirin sözlərinə görə, Ankara Kaşoqinin məsələsini beynəlxalq məhkəməyə çıxarmayacaq, lakin bununla belə, əgər jurnalistin qətlinə dair beynəlxalq istintaq başladılarsa, Türkiyə cinayətlə bağlı əlində olan məlumatları bölüşməyə hazırdır.

Çavuşoğlu onu da vurğulayıb ki, artıq Ankara əlavə informasiya istəyən tərəfləri müvafiq məlumatlarla təmin edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə   Beynəlxalqməhkəmə  



Xəbər lenti