ABŞ Azərbaycana silah sata bilərmi? - Bolton İrəvanda açıqlama verdi

ABŞ Azərbaycana silah sata bilərmi? -  Bolton İrəvanda açıqlama verdi
  25 Oktyabr 2018    Oxunub:3583
1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yarıdımını qadağan edən 907-ci düzəlişin ləğvi barədə Vaşinqtonda hələ hansısa qərar verilməyib.
Azvision.az xəbər verir ki, bunu Ermənistanda səfərdə olan ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton İrəvanda keçirdiyi mətbuat konftransında deyib.

Jurnalistlərin “ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardımı məhdudlaşdıran 907-ci düzəlişin ləğvi balansın pozulmasına gətirib çıxara bilərmi?” sualına cavab olaraq Bolton bildirib ki, “indiki məqamda bununla bağlı qərar qəbul edilməyib və nəyisə təxmin etmək, yaxud zəmanət verə bilmərəm”.

Bolton ABŞ-ın Azərbaycana silah satışının mümkünlüyü ilə bağlı məsələni də şərh edib: “Vəziyyət belədir ki, Ermənistan özü Rusiyadan silah alır, Azərbaycanın da silahlarının 80 faizi Rusiya istehsalıdır. Belə vəziyyət Qarabağ münaqişəsinin nizamlanmasına kömək etmir, çünki Rusiya üçün münaqişə tərəflərinə əlavə təzyiq rıçaqı rolunu oynayır və sülhə gətirmir”.

Trampın köməkçisi onu da əlavə edib ki, silahlanmada rəqabət bəzi məsələlərin həlli metodu kimi çıxış edir və istənilən halda, Amerikanın silahları Rusiyanınkından daha yaxşıdır. Qanunların qəbul olunması zamanı da bu vəziyyəti nəzərə almaq lazımdır.

Qeyd edək ki, Con Bolton Azərbaycana səfəri zamanı "Amerikanın səsi"nə verdiyi müsahibədə prezident Donald Trampın öz səlahiyyətlərindən istifadə edərək 907-ci düzəlişin qüvvəsini dayandıra biləcəyini deyib.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Azərbaycan   Ermənistan   Rusiya   ABŞ   DağlıqQarabağ  





Xəbər lenti