Tramp Meksika ilə sərhədə ordu yığır

 Tramp Meksika ilə sərhədə ordu yığır
  25 Oktyabr 2018    Oxunub:2957
ABŞ prezidenti Donald Tramp Mərkəzi Amerikadan yola düşən iki “miqrant karvanı”nı durduraraq, onların ABŞ-a daxil olmalarının qarşısını almaq üçün Meksika ilə sərhədə qoşun göndərəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Tramp özünün "Tvitter" səhifəsində bəyan edib.

“Mən bu cür milli fövqəladə vəziyyətlə əlaqədar hərbçiləri sərhədə çıxarıram. Onlar (miqrantlar) dayandırılacaq!” - Tramp yazıb.

Qeyd edək ki, ötən həftədən etibarən Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan 2 qrupdan ibarət 5 minə yaxın miqrant ABŞ-da sığınacaq tapmaq üçün Meksikadan keçərək Amerika sərhədlərinə doğru irəliləyirlər.

“Miqrant karvanları”nın yaxınlaşması ilə əlaqədar prezident Donald Tramp ABŞ-Meksika sərhəddində fövqəladə vəziyyətin yaranmasına dair xəbərdarlıq edib. Tramp həmçinin, Qvatemala, Salvador və Honduras hökumətlərini hədələyərək bildirib ki, əgər vətəndaşlarının qanunsuz miqrasiyasının məhdudlaşdırılması istiqamətində təsirli tədbirlər görməsələr, ABŞ-ın bu ölkələrə ayırdığı maliyyə yardımları dayandırılacaq. Tramp Mərkəzi Amerika ölkələrindən gələn “miqrant karvanı”nı ABŞ-ın Demokratlar Partiyası üçün biabırçılıq adlandırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Meksika   ABŞ  





Xəbər lenti