Avropa İttifaqı Səudiyyəyə silah embarqosu qoyur

Avropa İttifaqı Səudiyyəyə silah embarqosu qoyur
  25 Oktyabr 2018    Oxunub:2870
Avropa İttifaqı (Aİ) Parlamenti bu gün keçirdiyi iclasda səudiyyəli jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilməsi məsələsini və bununla bağlı İttifaqın atacağı addımları müzakirə edib.
Azvision.az “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, müzakirələrin yekununda Avropa Parlamenti Kaşoqinin öldürülməsini qınayan və bu qətlə cavab olaraq, Aİ dövlətlərini Səudiyyə Ərəbistanına qarşı geniş silah embarqosu qoymağa çağıran qətnamə layihəsi qəbul edib.

Qətnamədə, o cümlədən, Kaşoqinin qətlində şübhəli bilinən konkret şəxslərə qarşı xüsusi sanksiyaların tətbiqi – Avropaya səyahətə qadağa və Avropa banklarındakı aktivlərinin dondurulması da nəzərdə tutulub.

Sənəddə həmçinin, jurnalistin öldürülməsilə bağlı Səudiyyə rəsmilərinin indiyədək irəli sürdükləri versiya və açıqlamaların etibarlılığı şübhə altına alınıb.

Lakin qəzet yazır ki, İttifaqın ayrı-ayrı ölkələrinin Səudiyyə ilə ortaq maraqları və kommersiya müqavilələrini kənara ataraq, məcburi xarakter daşımayan bu qətnaməyə əməl edəcəkləri real görünmür.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Avropaİttifaqı  



Xəbər lenti