Ohanyanın baldızının müəmmalı ölümü

Ohanyanın baldızının müəmmalı ölümü
  26 Oktyabr 2018    Oxunub:2652
Ötən gün İrəvanın Dvidaşens körpüsünün altında cəsədi tapılan Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın baldızı Luiza Xaçatryanın öldürüldüyü barədə iddialar səslənməyə başlayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 45 yaşlı qadının intihar həddinə çatdırıldığını bildirib. Belə ki, hadisə yerinə gələn istintaq-əməliyyat qrupu Ohanyanın baldızının cəsədinə baxış keçirərkən çoxsaylı bədən xəsarətləri aşkarlayıb.

Hətta Luiza Xaçatryanın körpüdən itələnərək öldürüldüyü istisna edilmir. Qeyd olunur ki, cəsədin məhkəmə-tibbi ekspertizasından sonra Ohanyanın baldızının intihar etdiyi, yoxsa qətlə yetirildiyi aydınlaşacaq.

Qeyd edək ki, dünən Ermənistan İstintaq Komitəsi sədrinin məsləhətçisi Sona Truzyan ilkin məlumatlara əsasən onun intihar etdiyini bildirmişdi.

Ermənistanın keçmiş müdafiə nazirinin baldızı Luiza Xaçatryan Respublika perinatalogiya, mamalıq və ginekologiya İnstitutunun əməkdaşı və həkim ginekoloq olub.




Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Ermənistan  





Xəbər lenti