“ABŞ Fətullah Güləni bizə verməlidir” - Çavuşoğludan tələb

 “ABŞ Fətullah Güləni bizə verməlidir” -  Çavuşoğludan tələb
  26 Oktyabr 2018    Oxunub:2614
"Heç kim təzyiqlə, yaxud təhdidlə Türkiyədən nəsə ala bilməz"

Azvision.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Türkiyənin yeni dövrdə xarici siyasət baxışı” adlı konfransda çıxışı zamanı deyib.
Vaşinqtonla Ankara arasında münasibətlərin gərginləşməsinə toxunan nazir, ikitərəfli əlaqələrin pisləşməsinin əsas səbəblərini açıqlayıb.

“Amerika ilə münasibətlərimizin gərginləşməsinin səbəbi keşiş Branson məsələsi deyil ki. Gərginləşmənin iki səbəbi var və bunlardan biri ABŞ-ın indiyədək FETÖ ilə bağlı tələblərimizi qarşılamamasıdır. FTB ciddi istintaqa başlayıb və bu prosesdə “FETÖ”çuların nə qədər qaranlıq və təhlükəli olduğunu görüb ürpərməyə başladılar. Biz zatən bunları onlara deyirik. Hər fəaliyyətlərində onların ABŞ qanunlarını necə pozduqlarını görməyə başlayıblar. Amma Türkiyədə dövlət çevrilişinə cəhd edən birinin hələ də Amerikada olması millətimizin qanına toxunur. Dolayısilə də, bizim aramızdakı əsas gərginlik səbəbimiz budur. ABŞ Fətullah Güləni bizə verməlidir” – Çavuşoğlu bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   FETÖ   ABŞ  





Xəbər lenti