Cənubi Koreya ABŞ-la birgə hərbi təlim keçirəcək

Cənubi Koreya ABŞ-la birgə hərbi təlim keçirəcək
  26 Oktyabr 2018    Oxunub:2625
Cənubi Koreya nüvəsizləşdirmə barədə Pxenyanla aparılan danışıqlara rəğmən gələn həftə ABŞ-la birgə hərbi təlim keçirəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, ötən həftə Pentaqon Şimali Koreya ilə aparılan nüvə danışıqlarını stimullaşdırmaq üçün Seulla Vaşinqtonun dekabrda keçiriləcək “Vigilant Ace” hava hücumundan müdafiə təlimlərini dayandırmaq qərarına gəldiklərini bəyan edib. Bununla belə, qərargah rəislərinin birləşmiş komitəsi bildirib ki, müdafiə qabiliyyətinin dəstəklənməsi və silahlı qüvvələrdə birgə fəaliyyət səviyyəsinin artırılması üçün Cənubi Koreya gələn həftə Amerika ilə birlikdə hərbi təlimlər keçirmək qərarına gəlib.

“Təlimlərin məqsədi balanslaşdırılmış müdafiə mövqeyinin dəstəklənməsi və praktiki effektlərin yaxşılaşdırılmaısıdır” - qərargah rəislərinin birləşmiş komitəsinin yaydığı bəyanatda deyilib.

Qeyd edək ki, bu gün Şimali və Cənubi Koreyanın hərbi generalları demilitarizasiya zonasında yerləşən Phanmuncom məntəqəsində görüşərək ötən ay Pxenyandakı sammitdə əldə olunan razılaşmaya uyğun olaraq, müştərək hərbi komissiyanın bərpası məsələsini müzakirə edəcəklər. Pxenyan razılaşması Koreyalararası sərhəd boyunca bütün düşmən hərəkətləri və təlimlərin dayandırılmasını, uçuşsuz zonanın yaradılmasını, mühafizə məntəqələrinin və silahların tədricən sərhəd bölgəsindən çıxarılmasını nəzərdə tutur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Koreya   ABŞ  





Xəbər lenti