Ərdoğan: “Kaşoqinin qətlinə dair əlimizdə sənədlər var”

  Ərdoğan:  “Kaşoqinin qətlinə dair əlimizdə sənədlər var”
  26 Oktyabr 2018    Oxunub:2515
"Camal Kaşoqinin qətlinə dair əlimizdə sənədlər var. Maraqlanan şəxslərə bizdə olan məlumatları veririk. 18 nəfər Kaşoqinin kimlər tərəfindən öldürüldüyünü bilir"
Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə prezidenti qətlə bağlı aşkar etdikləri dəlilləri Səudiyyə Ərəbistanına verdiklərini söyləyib: "Bunları gördükləri zaman təəccüblənirlər. Əslində həqiqət bəllidir. Bəs bu təlimatı kim verib? 18 nəfəri Türkiyəyə göndərən kimdir? Buna cavab vermək lazımdır. Amma tələsəmək də lazım deyil. Səudiyyəli rəsmiləri ilk mərhələdə Kaşoqini öldürənləri açıqlayacaq".

Ərdoğanın sözlərinə görə, Səudiyyə Ərəbistanının baş prokuroru hadisə ilə əlaqədar Türkiyəyə gələcək.

Azvision.az


Teqlər: Türkiyə   Ərdoğan  



Xəbər lenti