Azərbaycanda ilk dəfə: AzVision oxucuları üçün onlayn krossvordlar
Bundan sonra saytın xüsusi bölməsində ( https://azvision.az/krossvord ) hər gün oxuculara yeni krossvord təqdim olunacaq. Həmin bölməyə həm ana səhifədə, həm də yazıların altında olan “Onlayn krossvord” bannerindən keçmək olar. Krossvordların arxivi də saytda saxlanılacaq.
Yaxın gələcəkdə intellektual əyləncə növlərinin çeşidini artırmağı, məsələn, hazırda dünyada çox populyar olan, beyin üçün faydalı Sudoku əlavə etməyi də düşünürük.
Vaxtınızı intellektual və faydalı əyləncələrlə keçirin!
Azvision.az
Teqlər: Krossvord Onlayn-krossvord