Əhalinin siyahıya alınmasına hazırlıq gedir

  26 Oktyabr 2018    Oxunub : 2460
 Əhalinin siyahıya alınmasına hazırlıq gedir
"Ölkədə gələn ilin oktyabr ayında keçiriləcək əhalinin siyahıya alınmasına hazırlıq prosesi gedir"
Azvision.az-ın məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Dayanıqlı İnkişafa dair Bakı Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, Qəbələ rayonunda cari ilin 1-10 oktyabr tarixlərində sınaq siyahıya alınması keçirilib. "Burada metodoloji materiallar, siyahıya alınma vərəqələrinin nə dərəcədə müasir tələblərə uyğunluğu yoxlanılır. Hazırda Qəbələ rayonu üzrə əldə edilən məlumatların hazırlanmış proqram təminatı vasitəsilə işlənməsi həyata keçirilir. Həmçinin proqram təminatı da sınaqdan keçirilir. Burada BMT-nin Əhali Fondu ilə əməkdaşlığı da qeyd etmək istəyirəm".

T.Budaqov qeyd edib ki, Dövlət Statistika Komitəsi tərəfindən son illərdə milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində bir sıra işlər görülüb. Bu addımların hər biri beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində həyata keçirilib.

"Statistika orqanlarında ənənəvi metodlardan fərqli olaraq yeni yanaşmalar tələb edilir. Bu tələblərin içərisində DİM göstəriciləri ilə bağlı müvafiq məlumatların əldə edilməsi üçün inzibati məlumat mənbələrdən və böyük məlumarlardan istifadə son dövrlər böyük önəm daşıyır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Tahir-Budaqov