Yunanıstan XİN-in binası boşaldıldı – Bomba həyəcanı

Yunanıstan XİN-in binası boşaldıldı –  Bomba həyəcanı
  26 Oktyabr 2018    Oxunub:2735
Yunanıstan polisi paytaxt Afinada yerləşən Xarici İşlər Nazirliyinin (XİN) binasını evakuasiya edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, evakuasiyaya səbəb poçt vasitəsilə XİN-ə göndərilən şübhəli qutu olub.

Hazırda XİN-in binasına Yunanıstanın xüsusi təyinatlıları və bomba zərərsizləşdirmə üzrə mütəxəssisləri cəlb olunublar. Məsələ ilə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, Yunanıstan XİN parlament binası ilə üzbəüz yerləşir. Yunanıstan biznes mərkəzləri, dövlət qurumlarının binaları, polis orqanları və siyasətçilərə qarşı həyata keçirilən kiçikmiqyaslı hücumlarla tanınır.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yunanıstan   Afina  





Xəbər lenti