Elmi cavab I Uşaqlar niyə piylənir?

Elmi cavab I Uşaqlar niyə piylənir?
  29 Oktyabr 2013    Oxunub:3802
Uşaq piylənməsinin genetik izahatı məlum olub
Böyük Britaniyanın Kembric Universitetinin alimləri yeni “piylənmə geni” tapıblar. Araşdırmalarının nəticələrinə görə normal KSR2 geninin daşıyıcılarına nisbətən bu genin mutant variantının daşıyıcıları anadangəlmə yaxşı iştahaya malik olsalar da , onların orqanizmində maddələr mubadiləsi zəif gedir .

KSR2 geni insan orqanizminin bir sıra qarşılıqlı proseslərinə cəlb edilən hüceyrədaxili dəstəkçi zülalı kodlaşdırır. Bəllidir ki, siçanlarda KSR2 geninin "söndürülməsi", yəni çıxarılması piylənməyə səbəb olur. Bu da sözügedən genin energetik hemostazı dəstəkləməkdə necə mühüm rol oynadığını təsdiqləyir.

Elə bu səbəbdən də tədqiqat müəllifləri metobolik proseslərdə KSR2 geninin əhəmiyyətini müəyyənləşdirməyə qərar verirlər. Araşdırmalara iki mindən çox piylənmədən əziyyət çəkən, 1500-ə yaxın isə normal çəkili insan cəlb edilir. Nəticədə məlum olur ki, piylənmədən əziyyət şəkənlərin çoxu KSR2 geninin mutasiya variantının daşıyıcılarıdırlar. Gen yag turşuları və qlükozanın normal metobalik proseslərini pozur və nəticədə genin mutasiya variantlı daşıyıcılarında yaxşı iştaha, zəif urək döyüntüsü və maddələr mübadiləsi, eləcə də insulinə qarşı yüksək dərəcədə toxuma müqaviməti müşahidə olunur.

Alimlərin sözlərinə görə bu məlumatlar KSR2 geninin insanlarda enerji balansı və maddələr mübadiləsinin mühüm tənzimləyicisi olduğunu sübut edir və gələcəkdə uşaq piylənməsinin müalicəsi üçün yeni perspektivlər açır.


Teqlər:  





Xəbər lenti