Eldəniz Əzizli dünya çempionu oldu

Eldəniz Əzizli dünya çempionu oldu
  27 Oktyabr 2018    Oxunub:9308
Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib.

Avropa çempionu Eldəniz Əzizli ilk mərhələdə macar rəqibini cəmi 1 dəqiqəyə məğlub edib. Həmyerlimiz çinli rəqibini ilk hissədə devirib. Möhtəşəm çıxışını davam etdirən Eldəniz yapon güləşçini də vaxtından əvvəl üstələyərək adını yarımfinala yazdırıb.

Əzizlinin qarşısını Gürcüstan pəhləvanı da kəsə bilməyib. Həmyerlimizin final görüşü oktyabrın 25-də baş tutub. Qırğızıstan təmsilçisinə elə ilk hissədə gücünü göstərən Eldəniz dünya çempionu olub. Bu, Əzizlinin karyerasında ilk dünya çempionluğudur.

Azvision.az


Teqlər: Eldəniz-Əzizli   Dünya-Çempionu  





Xəbər lenti