İsrail Qəzzanı bombaladı, 80 hədəf vuruldu

İsrail Qəzzanı bombaladı, 80 hədəf vuruldu
  27 Oktyabr 2018    Oxunub:2494
İsrailin Hərbi Hava Qüvvələri ötən axşam Qəzza zolağını bombalayıb.
AzVision.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyi hava hücumu nəticəsində Həmasa aid 80 hədəfin vurulduğunu açıqlayıb.

Nazirliyin yazılı açıqlamasında qeyd olunub ki, ötən axşam Qəzzadan İsrail tərəfinə 30 raket atılıb. Bu raketlərdən 10-u "Dəmir gümbəz" hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, digərləri isə boş ərazilərə düşüb. Zərbələrin Qəzzadan atılan raketlərə cavab olaraq endirildiyi vurğulanıb.

Azvision.az


Teqlər: İsrail   Qəzza  



Xəbər lenti