İlham Əliyev Ərdoğanın dəvətilə İstanbula gedəcək

  27 Oktyabr 2018    Oxunub : 2529
İlham Əliyev Ərdoğanın dəvətilə İstanbula gedəcək
Oktyabrın 29-da İstanbul Yeni Hava limanının açılışı olacaq.
AzVision.az Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, açılış mərasiminə 8 min nəfər dəvət edilib. Aeroportun açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edəcək.

Dəvətlilər arasında Azərbaycan prezidenti İlham Əliyev də var. Qətər, Pakistan, Albaniya, Qırğızıstan, Makedoniya, Moldova, Serbiya, Sudan, Bosniya və Hersoqovina, Bolqarıstan, Kosova və Şimali Kipr Türk Cümhuriyyəti liderləri də daxil olmaqla çoxlu sayda dövlət və hökumət nümayəndələri açılışa qatılacaq. Bu ölkələrin liderləri öz təyyarələri ilə hava limanına eniş edəcəklər.

Tədbirə milli və beynəlxalq mükafatlı alimlər, mədəniyyət nümayəndələri, iş adamları və idmançılar da dəvət olunub.



Kənan Məmmədov
AzVision.az

Teqlər: İlham-Əliyev   Türkiyə   Havalimanı