Səudiyyə Kaşoqinin qatillərini Türkiyəyə verməyəcək

Səudiyyə Kaşoqinin qatillərini Türkiyəyə verməyəcək
  27 Oktyabr 2018    Oxunub:2464
“Jurnalist Camal Kaşoqinin ölümündə təqsiri olanlar ölkəmizdə mühakimə ediləcək”
AzVision.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr deyib. Nazir bildirib ki, cinayət Səudiyyə və Türkiyə ədliyyə orqanları əməkdaşları tərəfindən araşdırılır.

“Kaşoqi cinayəti isterik bir hal alıb. Araşdırmalar vaxt alır. Həqiqət araşdırma davam etdikcə ortaya çıxacaq. Cinayətdə əli olanlar Səudiyyə Ərəbistanında mühakimə olunacaq”.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif etmişdi.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə   Kaşoqi   Ərdoğan   Nazir  





Xəbər lenti