Fransada saatda 140 kilometr sürətlə əsən külək fəsatlar törədib

Fransada saatda 140 kilometr sürətlə əsən külək fəsatlar törədib
  29 Oktyabr 2013    Oxunub:1365
“Kristian” qasırğası Fransada ciddi fəsadlara yol açıb.
AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, oktyabrın 27-də gecə başlayan güclü “Kristian“ qasırğası Böyük Britaniyanın cənub və Fransanın şimal-qərbində ciddi fəsadlar törədib. Saatda 140 kilometr sürətlə əsən külək Fransanın Brötan, Normandiya və Pikard regionlarına ciddi zərər vurub. Brötanda 30, Normandiyada 25, Pikardda 10 min ev elektrik işığından məhrum olub. Güclü külək ağacları kökündən qoparıb. Qasırğa nəqliyyatın hərəkətini də pozub. Bəzi yerlərdə minik və yük maşınlarının hərəkəti qadağan edilib . Qatarlar təyinat yerlərinə vaxtından beş-altı saat gec çatmııb. Ölkənin şimal-qərb regionlarındakı bəzi şəhərlərdə təyyarələrin uçuşu təxirə salınıb.

Qasırğa zamanı 5 nəfər itkin düşüb, 12 nəfər yaralanıb.

Qasırğanın nəticələrini aradan qaldırmaq üçün 200 yanğınsöndürən səfərbər edilib.


Teqlər:





Xəbər lenti