Ər-Riyad Kaşoqi ilə bağlı reaksiyaları “isteriya” adlandırdı

 Ər-Riyad Kaşoqi ilə bağlı reaksiyaları “isteriya” adlandırdı
  27 Oktyabr 2018    Oxunub:2758
Rəsmi Ər-Riyad səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin Türkiyədəki konsulluqda qətlə yetirilməsinə medianın reaksiyasını “isteriya” adlandırıb.
Azvision.az xəbər verir ki, Səudiyyənin xarici işlər naziri Əbdül əl-Cübeyr Bəhreyndəki forumda çıxışı zamanı Kaşoqinin ölümünə göstərilən hədsiz maraqdan şikayətlənib.

“Məsələ ilə bağlı Səudiyyə Ərəbistanı və Türkiyədə istintaq aparılır. Hər gün biz yeni sübutları təhqiq edirik. Amma bəzi insanlar öz səlahiyyətlərini aşıblar. Kütləvi informasiya vasitələrini isteriya bürüyüb”, - əl-Cübeyr bəyan edib.

Səudiyyəli nazir onu da vurğulayıb ki, baş verənlərdən asılı olmayaraq, Ər-Riyadın ABŞ-la “dəmir münasibətləri” qorunub saxlanılır: “Prezident Obamanın dövründə münasibətlərimizdə çətin vaxtlar olub. Amma indiki prezident Donald Trampın siyasətini rasional və realist hesab edirik”.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Türkiyə   ABŞ  





Xəbər lenti