Əfqanıstanda növbəti terror: 7 ölü, 37 yaralı

Əfqanıstanda növbəti terror:  7 ölü, 37 yaralı
  27 Oktyabr 2018    Oxunub:2840
Əfqanıstanın Vardak əyalətində terror aktı törədilib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, əyalətin mərkəzində bomba yüklü avtomobil partladılıb. Hadisə nəticəsində azı 7 nəfər həlak olub, 37 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücumun hədəfinin polis idarəsi olduğu bildirilir. Partlayışın məsuliyyətini “Taliban” hərəkatı üzərinə götürüb.

Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti