"İsrail müsəlmanlar arasında nifaq salır"- İran XİN

"İsrail müsəlmanlar arasında nifaq salır"-  İran XİN
  27 Oktyabr 2018    Oxunub:2915
"İsrail müsəlman dövlətləri arasında nifaq salmağa cəhd edərək, Fələstindəki 70 illik işğalın üstünü örtməyə çalışır"
Azvision.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi İsrailin baş naziri Benyamin Netanyahunun ikitərəfli diplomatik münasibətlərin olmadığı Körfəz ölkəsi Omana ilk dəfə rəsmi səfər edərək sultan Kabus bin Səid ilə görüşməsinə münasibət bildirərkən deyib.

“Müsəlman ölkələri Ağ Evin təzyiqi altında İsrailin regionda yeni problemlər icad etməsi üçün əlverişli zəmin yaratmamalıdırlar. Donald Tramp administrasiyası və Ağ Evdəki yəhudi lobbisi İsraillə diplomatik münasibətləri normallaşdırmaları üçün müsəlman ölkələrinə təzyiq edirlər. Əgər bu tələblər qəbul edilərsə, təzyiqlər daha da artacaq və Fələstin xalqının hüquqlarının gözardı edilməsində onlara cəsarət verəcək” – Qasımi vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Oman   İran   İsrail   Fələstin  





Xəbər lenti