Ərdoğan Makronla görüşüb

Ərdoğan Makronla görüşüb
  27 Oktyabr 2018    Oxunub:2788
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bu gün İstanbulda keçiriləcək Suriya zirvəsindən öncə rusiyalı həmkarı Vladimir Putin və Almaniya kansleri Angela Merkellə təkbətək danışıqlardan sonra Fransa prezidenti Emmanuel Makronu qəbul edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə prezidentinin Vahdəttin iqamətgahında baş tutan ikitərəfli görüş mediaya qapalı şəraitdə keçirilib.

Qeyd edək ki, BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Misturanın da qatılacağı Türkiyə, Rusiya, Almaniya və Fransa liderlərinin zirvəsində İdlib məsələsi və Suriyada siyasi nizamlanma prosesinə yönələn addımlar müzakirə olunacaq. Bu kontekstdə, Suriyanın ərazi bütövlüyünün təmini, bütün etnik azlıqları əhatə edəcək yeni konstitusiyanın işlənməsi, ədalətli seçkilərin keçirilməsinə hazırlıq, suriyalı qaçqınların təhlükəsiz şəraitdə öz doğma yurdlarına geri dönmələri danışıqların predmetini təşkil edəcək.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Türkiy   Fransa   Suriya  





Xəbər lenti