ABŞ-da sinaqoqda atışma olub: 10 ölü (Yenilənib)

ABŞ-da sinaqoqda atışma olub:  10 ölü (Yenilənib)
  28 Oktyabr 2018    Oxunub:3392
ABŞ-ın Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində azı 10 nəfər həlak olub, çox sayda insan yaralanıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Bu barədə Associated Press agentliyi özünün "Twitter" səhifəsində məlumat yayıb.

***
ABŞ-ın Pittsburq şəhərində “Həyat ağacı” sinaqoquna silahlı hücum edilib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxs ayin keçirilən zaman sinaqoqda toplaşan insanlara atəş açıb. Hadisə nəticəsində 8 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Silahlı şəxs hadisə yerinə gələn polislərə də müqavimət göstərib və onlardan üçünü yaralayıb.

Azvision.az



Teqlər: ABŞ   Sinaqoq  



Xəbər lenti