Bakıda Samira Mustafayevanın ustad dərsi keçiriləcək

Bakıda Samira Mustafayevanın ustad dərsi keçiriləcək
  28 Oktyabr 2018    Oxunub:2363
Oktyabrın 28-də Bakıda ilk dəfə Samira Mustafayevanın ustad dərsi keçiriləcək.
"Nargis" jurnalının xüsusi dəvətilə 52-ci nömrənin üz qapağının qəhrəmanı, bədii gimnastika üzrə idman ustası, dünya çempionatlarının mükafatçısı Samira Mustafayeva ustad dərsi ilə Bakıya gəlib.

"Boulevard" oteldə Samira Mustafayeva mətbuat konfransı keçirib və jurnalistlərin suallarını cavablandırıb. Bakını çox bəyəndiyini söyləyən Samira xanım bir çox uğurlara imza atıb.

Beynəlxalq Gimnastika Federasiyasının versiyasına əsasən dünya səviyyəli gimnast Samira Mustafayeva «SM Stretching» @smstretching studiya şəbəkəsinin sahibi və ideya rəhbəridir. Bu studiya şəbəkəsində 3 istiqamət təqdim olunub: Stretching, TRX və BARRE. Oktyabr ayının əvvəlində Samirə və onun həyat yoldaşı Moskvada artıq beşinci studiyasını açıblar.

Bədii gimnastika sahəsində idman karyerası boyunca o dünya miqyaslı müsabiqələrdə öncə Azərbaycanı, sonra isə Rusiyanı təmsil edib, mükafatlar qazanıb.

Samira Tokioda (2008) AEON Kubokunda, Mie'də (2009) Dünya Çempionatında, Moskvada (2010) Dünya Çempionatında, Kazan şəhərində (2012) bədii gimnastika üzrə Rusiya çempionatında bürünc medallar qazanıb. Həmçinin Kazan şəhərində (2012) keçirilən Rusiya çempionatında topla çıxışına görə qızıl medala, Vittoriada (2012) Beynəlxalq bədii Gimnastika Turnirində və Kazan şəhərində (2013) bədii gimnastika üzrə Rusiya çempionatında qızıl medallara layiq görülüb.

"Bir nеçə nəfərdən ibarət qrupla ilk stretçinq dərsimi keçirdiyim kiçik zirzəmidən biz studiya şəbəkəsinə qədər böyüdük, hazırda bu studiyalarda üç istiqamət təqdim olunur!" – Nargis jurnalının oktyabr nömrəsinə verdiyi eksklüziv müsahibəsində Samira bildirmişdi.

Azvision.az


Teqlər: Ustad-dərs  





Xəbər lenti