Gürcüstan MSK: Georgi Marqvelaşvili qazanıb

  28 Oktyabr 2013    Oxunub : 523
Gürcüstan MSK: Georgi Marqvelaşvili qazanıb
Gürcüstanda prezident seçkilərinin ilkin yekun nəticəsi açıqlandı.


Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bütün 3 741 (100%) məntəqədəki bülletenləri hesablayaraq prezident seçkilərinin ilk yekun nəticələrini açıqlayıb. AzVision.az.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, seçkilərdə qələbəni hakim "Gürcü arzusu" koalisiyasının namizədi Georgi Marqvelaşvili qazanıb.

G.Marqvelaşvili həmin məntəqələrdə 62,1 faiz səs toplayıb. Seçkilərdə ikinci yeri 21,73 faiz səslə "Vahid Milli Hərəkat" partiyasının namizədi David Bakradze tutub. "Demokratik hərəkat - Vahid Gürcüstan"ın namizədi Nino Burcanadze isə 10,18 faiz səslə üçüncü olub.

Qeyd edək ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçirilib. Seçkilərdə seçicilərin 46 faizi iştirak edib.

Seçkilərin yekun nəticəsi 19 gündən sonra elan ediləcək. Bu, yekun təsdiq edilmiş protokollar MSK-ya daxil olduqdan sonra baş verəcək.

Teqlər: