“Amerika silahına ehtiyacımız yoxdur” - David Tonoyan

 “Amerika silahına ehtiyacımız yoxdur” -  David Tonoyan
  28 Oktyabr 2018    Oxunub:2576
Ermənistanın müdafiə naziri David Tonoyan hesab edir ki, hazırda ölkəsinin Amerikanın silahlarına ehtiyacı yoxdur.
Azvision.az xəbər verir ki, Tonoyan bu barədə “Ermənistan xəbərləri” portalına açıqlamasında deyib.

“Biz ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla Amerika silahının alışı barədə məsələləri müzakirə etməmişik. Silah bazarı açıqdır, lakin hazırda bizim Amerika silahına ehtiyacımız yoxdur”, - müdafiə naziri bildirib.

Qeyd edək ki, İrəvana səfəri zamanı Bolton ABŞ silahlarının Rusiyanınkından daha yaxşı olduğunu və Ermənistanın alternativ mənbələrdən silah tədarük etməklə Rusiyadan asılılığı azalda biləcəyini demişdi.

Azvision.az


Teqlər:





Xəbər lenti