Gürcüstanda səs verənlərin sayı açıqlandı

 Gürcüstanda səs verənlərin sayı açıqlandı
  29 Oktyabr 2018    Oxunub:3148
Bu gün Gürcüstanda keçirilən prezident seçkilərində 1 milyon 637 min 956 vətəndaş iştirak edib.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Ana Mikeladze məlumat verib. Onun sözlərinə görə, ölkə üzrə seçici fəallığı 46,74 faiz təşkil edib.

Seçicilərin ən yüksək fəallığı Keda rayonunda (64,74%), ən aşağı fəallıq isə azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda (36,47%) qeydə alınıb. Tbilisidə isə seçici fəallığı 45,4%-dir.

Azvision.az






Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti