Gürcüstanda səslərin 87 faizi hesablanıb - II tur olacaq

 Gürcüstanda səslərin 87 faizi hesablanıb -  II tur olacaq
  29 Oktyabr 2018    Oxunub:2138
Gürcüstanda keçirilən prezident seçkilərində səslərin 87 faizi hesablanıb.

Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamara Jivaniya bildirib. Onun sözlərinə görə, müstəqil namizəd Salome Zurabişvili ilə müxalifətdən olan namizəd Qriqol Vaşadze arasında səs fərqi çox azdır.
Hazırda qalan səslərin hesablanması prosesi davam edir. Son məlumatlara əsasən, Salome Zurabişvili səslərin 40,05 faizini, Qriqol Vaşadze 37,93 faizini, David Bakradze isə 10,83 faizini toplayıblar.

Qeyd edək ki, birinci turda namizıdlərin heç biri lazım olan səsləri toplaya bilməyib. Bu səbəbdən qalib ikinci turda məlum olacaq.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti