188 nəfərin olduğu təyyarə dənizə düşdü - VİDEO+FOTOLAR

188 nəfərin olduğu təyyarə dənizə düşdü - VİDEO+FOTOLAR
  29 Oktyabr 2018    Oxunub:3641
İndoneziyada "Lion Air" lou-kost aviaşirkətinə məxsus "Boeing 737" tipli sərnişin təyarəsi qəzaya uğrayıb. Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, qəza təyyarə daxili reys ilə paytaxt Cakartadan Panqkal-Pinanq şəhərinə uçan zaman baş verib.
Belə ki, təyyarə uçduqdan 13 dəqiqə sonra radarlardan itib. Göyərtəsində heyət üzvləri ilə birgə 188 nəfər olan təyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub. Artıq təyyarə qəzanın baş verdiyi əraziyə göndərilən vertolyot və üç gəmi tərəfindən aşkar edilib.










İlkin Nəcəfzadə
Azvision.az



Teqlər: İndoneziya   Təyyarə  





Xəbər lenti