Ağ ev: MTA-nın kəşfiyyat fəaliyyəti məhdudlaşacaq

Ağ ev: MTA-nın kəşfiyyat fəaliyyəti məhdudlaşacaq
  29 Oktyabr 2013    Oxunub:1168
Ağ ev: MTA-nın kəşfiyyat fəaliyyəti məhdudlaşacaq

ABŞ Milli Təhlükəsizlik Agentliyinin son aylar bütün dünyada bir çox anlaşılmazlıqlara gətirən kəşfiyyat fəaliyyətini `növbəti məhdudlar` gözləyir.
AzVision.az RT-yəistinadən xəbər verir ki, bu sözləri Ağ Evin mətbuat katibi Ceyn Karni deyib.

"Şəffaflığın gücləndirilməsi üzərində işlər gedir. Biz “patriotluq aktının” dəyişdirilməsi üçün Konqreslə birgə fəaliyyət göstərir, `izlənmə proqramını` həyata keçirən orqanların nəzarətinin və yoxlamalarının gücləndirilməsinin mümkünlüyün axtarırıq” deyə Karter jurnalistlərə bildirib.O qeyd etdi ki, ifşaçı Edvard Snoudenin jurnalistlərə danışdığı proqram Birləşmiş Ştatlar qanununa uyğun olaraq 11 sentyabr 2011-ci ildən sonra qəbul edilən `patriotluq aktı` çərçivəsində gedir. Buna baxmayaraq ABŞ prezident administrasiyası bu aktın ьəhdudlaşdırılması, şəffaflığın və nəzarətin güclənməsi yönündə işlər aparır.



Xatırladaq ki, 26 oktyabr 5 min insanın dövlətin insanların şəxsi həyatına müdaxilə etməsinə qarşı Vaşınqtonda keçirdiyi etiraz aksiyasından sonra Barak Obama çıxışında Amerika xüsusi qüvvələrinin fəaliyyətinə yenidən baxılması haqda vəd vermişdi.

Qeyd edək ki, Milli Təhlükəsizlik Agentliyinin təkcə 1 ay ərzində 124 milyard telefon danışığına qulaq asdığı deyilir. Əgər bu rəqəmlər doğrudursa onda, ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin hər birimizin səsinə qulaq asdığı ehtimal oluna bilər.


Teqlər:





Xəbər lenti