Zərdabda avtomobil oğrusu saxlanılıb

Zərdabda avtomobil oğrusu saxlanılıb
  29 Oktyabr 2018    Oxunub:1219
Zərdab rayonunun Dəkkəoba kəndi ərazisindən kənd sakini Tərlan İsayevə məxsus “İJ-27175” markalı avtomobil qaçırılıb.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, Zərdab RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini Anar Əhmədov şəhər ərazisində avtomobillə birgə saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az



Teqlər: Maşın   Oğurluq  





Xəbər lenti