Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapıldı
  29 Oktyabr 2013    Oxunub:1310
AzVision.az xəbər verir ki, Bakıda mənzildə 1937-ci il təvəllüdlü Məmmədov Məmməd Kərim oğlunun meyiti aşkarlanıb.
Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata əsasən, qurumun "112" qaynar telefon xəttinə şəhərin Binəqədi rayonunda 1937-ci il təvəllüdlü Məmməd Kərim oğlu Məmmədov mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə zəng daxil olub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindəki dəmir barmaqlıqları təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə kəsmiş və içəri daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində M.Məmmədovun vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.


Teqlər:  





Xəbər lenti