Boltondan sonra İranın baş qərargah rəisi Bakıya gəlir
Qeyd olunur ki, Baqeri Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvətilə Bakıya gələcək. İki günlük rəsmi səfər çərçivəsində aparılacaq danışıqlarda İranla Azərbaycan arasındakı hərbi əməkdaşlıq, terrorizmlə mübarizə və digər mühüm regional məsələlərin müzakirəsi gözlənilir.
Məhəmməd Hüseyn Baqerinin bu günlərdə ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Bakıya səfəri zamanı keçirdiyi görüşlərdə İranla bağlı məsələnin də müzakirəsindən sonra Azərbaycana gəlməsi diqqət çəkib. Bu, 2016-cı ildə İran Silahlı Qüvvələrinin baş qərargah rəisi təyin edildikdən sonra Baqerinin Bakıya ilk səfəri olacaq.
İranın Azərbaycandakı səfirliyindən isə bildirilib ki, Baqerinin səfərinin tarixi tərəflər arasında razılaşdırıldıqdan sonra elan olunacaq.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Azərbaycan İran ABŞ







Vaxtında, Aydın, Lazımlı!


