Həmsədrlər Tonoyanla danışıqlar aparıblar

Həmsədrlər Tonoyanla danışıqlar aparıblar
  29 Oktyabr 2018    Oxunub:3696
Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bu gün ATƏT-in Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri Endryu Şofer, İqor Popov və Stefan Viskontini, həmçinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki qəbul edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş zamanı Tonoyan Ermənistan-Azərbaycan sərhəddində və qoşunların təmas xəttindəki vəziyyətlə bağlı həmsədrləri məlumatlandırıb. O cümlədən, sentyabrda MDB dövlət başçılarının Düşənbədəki sammiti çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında operativ əlaqənin yaradılmasına dair razılaşmanın həyata keçirilməsinin vacibliyini bildirib.

Bu mənada, Tonoyan Naxçıvandakı məntəqə nümunəsində digər istiqamətlərdə də operativ əlaqənin yaradılması üçün həmsədr ölkələrin səy göstərəcəklərinə ümid etdiyini vurğulayıb. Bildirib ki, hazırkı şəraitdə atəşkəsə qeyd-şərtsiz əməl olunması mühüm əhəmiyyət kəsb edir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   DağlıqQarabağ   ATƏT   Minskqrupu  





Xəbər lenti