Ruhaninin telefon danışıqları dinlənilib

Ruhaninin telefon danışıqları dinlənilib
  29 Oktyabr 2018    Oxunub:4292
İran prezidenti Həsən Ruhaninin istifadə etdiyi şəxsi mobil telefonu xarici kəşfiyyat orqanları tərəfindən dinlənilib.

Azvision.az xəbər verir ki, bu barədə İran ordusu Baş Qərargahına bağlı Passiv Müdafiə Təşkilatının sədri Qulamrza Cəlali bildirib.
“Prezident Ruhaninin mobil telefonunun dinlənilməsilə bağlı son hadisədən sonra mövcud telefonlardan dinləmə həyata keçirilməsini mümkünsüz etmək üçün yeni bir telefon istehsal etmək qərarı verdik”, – deyə Cəlali bəyan edib.

Lakin o, “Ruhaninin mobil telefonunun dinlənilməsilə bağlı son hadisə” dedikdə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Prezident  



Xəbər lenti