Cüdoçularımız “Böyük dəbilqə”də üç medal qazanıb

Cüdoçularımız “Böyük dəbilqə”də üç medal qazanıb
  29 Oktyabr 2018    Oxunub:6477
Oktyabrın 29-da Abu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azərbaycan millisi turniri 1 gümüş və 2 bürünc medalla başa vurub.
Reytinq xarakterli turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı Aklmurodbek Xudoyberdıevə, Rusiya təmsilçisi Ashad Kostoevə və Portuqaliya idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə israilli cüdoçu Peter Palçikə məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.

Millimizin üzvləri Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) nüfuzlu turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə 64 ölkədən 400-dək cüdoçu birincilik uğrunda mübarizə aparıb.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti