Yeni hava limanına İstanbul adı verildi

Yeni hava limanına İstanbul adı verildi
  30 Oktyabr 2018    Oxunub:3609
Bu gün İstanbulda açılışı olan yeni hava limanının adı məlum olub.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yeni aeroportun adını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəsmi açılış mərasimində elan edib.

Ərdoğan bildirib ki, aeroportun adı “İstanbul” hava limanı olacaq.

Qeyd edək ki, yeni hava limanı 76,5 milyon kvadratmetr ərazini əhatə edir və bütün mərhələsi tamamlandıqdan sonra ildə 200 milyon sərnişinə xidmət edəcək.

Azvision.az




Teqlər: İstanbul   Aeroport  



Xəbər lenti