İstanbulda dünyanın ən böyük aeroportu açıldı - FOTOLAR+VİDEO

 İstanbulda dünyanın ən böyük aeroportu açıldı -  FOTOLAR+VİDEO
  30 Oktyabr 2018    Oxunub:6191
İstanbulda yeni inşa olunmuş hava limanının açılış mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, İstanbul hava limanı adı verilən aeroportun açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib.



Açılış mərasimində dünyanın bir çox ölkəsindən dövlət və hökumət rəhbərləri qatılıb. Türkiyə lideri bildirib ki, bu, sadəcə hava limanı deyil, böyük bir xalqın zəfər abidəsidir.



Qeyd edək ki, ümumi sahəsi 76.5 milyon kvadratmetr olan hava limanının ilk hissəsinin istifadə verilməsi üçün 6 milyard avro xərclənib. Hava limanının digər hissələri isə sərnişin daşımanın artıma uyğun olaraq 2023-cü ilə qədər tamamlanacaq.



Hava limanı tam olaraq inşa edildikdən sonra 6 müstəqil eniş-qalxış zolağı, 500 təyyarə tutumluq, 70 min avtomobillik açıq və qapalı avtoparkı və illik 200 milyon sərnişin daşıma qabiliyyətinə görə dünyanın ən böyük aeroportu olacaq.



İlk etapda günlük 5 qalxış və enişin olacağı hava limanında ölkə daxili uçuşlar 31 oktyabrdan başlanılacaq. İlk xarici səfər 1 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinə, 8 noyabrda isə Azərbaycana olacaq. İlin sonuna qədər hava limanından gündəlik 2 min təyyarə eniş-qalxış edə biləcək. Hava limanı 250 şirkətə xidmət edəcək.





Azvision.az


Teqlər: İstanbul   Aeroport  





Xəbər lenti