Paşinyan həmsədrlərə Düşənbə görüşü barədə danışıb

 Paşinyan həmsədrlərə Düşənbə görüşü barədə danışıb
  30 Oktyabr 2018    Oxunub:3139
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şefer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik İrəvana səfər çərçivəsində Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyanla görüşüblər.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan ATƏT-in Minsk qrupu missiyasının beynəlxalq ictimaiyyətin mandatına malik yeganə format olduğunu deyib.

Görüşdə Düşənbə şəhərində İlham Əliyev-Paşinyan görüşü və orada əldə edilmiş razılaşmalar barədə fikir mübadiləsi aparılıb.

Paşinyan sülh prosesinə uyğun atmosferin formalaşmasına imkan yaradacaq razılaşmalara və onların səmərəli reallaşdırılmasına riayət olunmasının əhəmiyyətini vurğulayıb.

Azvision.az



Teqlər: Paşinyan   Həmsədr   ATƏT  





Xəbər lenti