Tramp sərhədə 5 minlik ordu göndərir

Tramp sərhədə 5 minlik ordu göndərir
  30 Oktyabr 2018    Oxunub:2554
ABŞ Meksika sərhədinə 5 minə yaxın hərbçi göndərəcək.
“Vol Strit” jurnalının yaydığı məlumata görə, hərbi birliklər Texas, Arizona və Kaliforniya ştatlarına yola salınacaq. Qüvvələr əsasən buraxılış məntəqələrində yerləşdiriləcək.

Qeyd edək ki, Salvador, Qvatemala və Hondurasdakı zorakılıq və yoxsulluqdan qurtulmağa çalışan 2 qrupdan ibarət 5 minə yaxın miqrant ABŞ-da sığınacaq tapmaq üçün Meksikadan keçərək Amerika sərhədlərinə doğru irəliləyib.

Azvision.az


Teqlər: ABŞ   Tramp  





Xəbər lenti