Kaşoqi cinayəti: Türkiyə Səudiyyənin təklifini rədd etdi

 Kaşoqi cinayəti:  Türkiyə Səudiyyənin təklifini rədd etdi
  30 Oktyabr 2018    Oxunub:2337
Jurnalist Camal Kaşoqinin qətlinin araşdırılması üçün Türkiyəyə gələn Səudiyyə Ərəbistanının baş prokuroru Səud əl-Muacib türkiyəli həmkarı İrfan Fidanla görüşüb.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, əl-Muacib məqsədinin cinayət olayının obyektiv araşdırılması olduğunu diqqətə çatdırıb.

O, Kaşoqi cinayəti ilə bağlı Türkiyənin əldə etdiyi bütün dəlillərin Səudiyyəyə təqdim olunmasını israrla tələb edib. Türkiyə rəsmiləri isə bundan birmənalı şəkildə imtina edərək istintaqın İstanbul prokurorluğu tərəfindən aparılmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinayət hadisəsinin İstanbulda qeydə alındığını əsas gətirərək, qətldə əli olan 18 nəfərin Türkiyədə mühakimə olunmasını təklif edib. Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl Cubeyr isə cavab olaraq bildirib ki, həmin şəxslər Türkiyəyə təhvil verilməyəcək.

Azvision.az



Teqlər: Türkiyə   Səudiyyə  





Xəbər lenti