Təyyarə qəzasında ölənlərdən 10-nun cəsədi tapılıb

Təyyarə qəzasında ölənlərdən 10-nun cəsədi tapılıb
  30 Oktyabr 2018    Oxunub:2015
Xilasedicilər İndoneziyada “Boeing-737” təyyarəsinin qəza törədərək dənizə düşməsi nəticəsində 10 sərnişinin cəsədini tapıblar.
Azvision.az xəbər verir ki, bu barədə “Straits Times” İndoneziyanın fövqəladə halların fəsadlarının aradan qaldırlması üzrə Milli Agenliyinə istinadən məlumat yayıb.

Həmçinin qeyd olunub ki, dalğıclar içərisində bədən hissələrinin olduğu 14 torbanı sahilə çıxarıblar. Cəsəd parçalarının kimliyinin müəyyənləşdirilməsi üçün onların hamısı hamısı DNT müayinəsinə göndərilib.

Qeyd edək ki, bundan əvvəl xilasedicilərin 6 sərnişinin cəsədini tapdığı bildirilirdi.

Xatırladaq ki, “Lion Air” aviaşirkətinə məxsus, göyərtəsində 181 sərnişin, 2 pilot və 6 ekipaj üzvünün olduğu “Boeing 737” təyyarəsi 29 oktyabrın səhəri paytaxt Cakartadan Sumatra adasındakı Panqkal-Pinanq şəhərinə uçuş həyata keçirərkən saat 06:33 radələrində radardan itib. Daha sonra təyyarənin Yava adasının qərb sahillərində dənizə düşdüyü məlum olub. Rəsmi məlumata əsasən, qəza nəticəsində sağ qalan yoxdur. Təyyarədəki sərnişinlər sırasında İndoneziya Maliyyə Nazirliyinin 20 məmurunun olduğu da bildirilib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İndoneziya   “Boeing-737”  





Xəbər lenti