“Putin demək istəyib ki, vəziyyət mürəkkəbdir” - Peskov
Azvision.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Suriya üzrə İstanbul sammitinin yekununda İdliblə bağlı razılaşmanın icrası istiqamətində vəziyyətin mürəkkəb olduğunu deməsini şərh edərkən bu cür açıqlama verib.
Peskov həmçinin, 11 noyabrda Birinci Dünya Müharibəsinin bitməsinin 100 illiyinə həsr olunacaq tədbir çərçivəsində Parisdə Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında keçiriləcək görüşü də şərh edib. Bildirib ki, iki lider arasında baş tutacaq danışıqların əsas məqsədi bir sıra mühüm məsələlərdə “saatların uzlaşdırılmasıdır”.
“Strateji sabitliklə bağlı müzakirə olunası çox sayda mövzu var. Xüsusən də, ABŞ-ın orta mənzilli nüvə silahları müqaviləsindən çıxmaq istəyilə bağlı açıqlaması buna daxildir. Eyni zamanda, ikitərəfli münasibətlər də danışıqların predmeti olacaq”, – deyə Peskov bildirib.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Türkiyə İdlib ABŞ Rusiya