Türkiyə Suriyada irimiqyaslı əməliyyatlara başlayır

Türkiyə Suriyada irimiqyaslı əməliyyatlara başlayır
  30 Oktyabr 2018    Oxunub:2238
Türkiyə Suriyanın Fərat çayından şərqdəki ərazilərinə nəzarət edən YPG/PYD/PKK kürd terrorçularına qarşı yeni və daha irimiqyaslı anti-terror əmləiyyatlarına başlayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bildirib.

“Suriya məsələsini həll etmədən gələcəyə təhlükəsiz baxa bilmərik. İŞİD oyunu ilə Suriyanı qanda boğmaq istəyənlərə əsla icazə verməyəcəyik. Biz bununla kifayətlənməyərək həm də Fəratdan şərqdəki terrorçu qruplaşmaları da məhv edəcəyik. Bununla bağlı hazırlıqlarımız tamamlanıb. Yaxın zamanda effektiv əməliyyatlarımızla terror təşkilatlarını başından əzəcəyik. Bir gecə anidən gələ bilərik...” - Ərdoğan bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Suriya   YPG   PKK  





Xəbər lenti