Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış proqramında aparıcılıq edən tanınmış aktyor Oktay Kaynarca çıxışçıları səhv salıb. Belə ki, o, başqa dövlət rəsmisini səhnəyə dəvət etməli olduğu halda, sözü Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırıma verib.
Türkiyə spikeri çaşqınlığını gizlədə bilməyib. Səhvə yol verdiyini anlayan aparıcı tədbir iştirakçılarından üzr istəyərək həyəcanlı olduğunu söyləyib.
Qeyd edək ki, İstanbul aeroportunun açılışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib.
Aytən Zəhra
Azvision.az