Tramp miqrant övladlarını vətəndaşlıqdan məhrum edir

 Tramp miqrant övladlarını vətəndaşlıqdan məhrum edir
  30 Oktyabr 2018    Oxunub:2863
ABŞ prezidenti Donald Tramp qeyri-Amerika vətəndaşları və sənədi olmayan, qeydiyyatdan keçməyən miqrantların ABŞ-da doğulan övladlarını vətəndaşlıqdan məhrum edəcək sərəncam imzalayacaq.
Azvision.az xəbər verir ki, bu barədə Tramp özü “Axios”a müsahibəsində açıqlayıb. Bildirib ki, bununla bağlı vətəndaşlıq haqqında qanuna dəyişiklik edəcək.

“Biz dünyada yeganə ölkəyik ki, bura gələnlər körpə dünyaya gətirəndən sonra həmin uşaqlar ABŞ-ın bütün imtiyazlara malik tamhüquqlu vətəndaşı olurlar. Bu, gülməlidir və buna sona qoyulmalıdır” – Trampı vurğulayıb.

ABŞ prezidentinin sözlərinə görə, ona həmişə miqrant övladlarını vətəndaşlıq hüququndan məhrum etməsi üçün konstitusiyaya dəyişiklik etməli olduğunu deyirdilər: “Amma aydın olur ki, buna heç ehtiyac da yoxdur. Bunu Konqress aktı ilə də etmək mümkündür. Və indi onlar mənə deyirlər ki, sadəcə sərəncam imzalamaqla bunu edə bilərəm”.

Tramp, həmçinin vurğulayıb ki, dünyadakı ən axmaq miqrasiya qanunvericiliyi Amerikadadır. Onun fikrincə, qanunsuz miqrantları uzun illər çəkən məhkəmə icraatından sonra yox, dərhal ölkədən qovmaq lazımdır.

Lakin qeyd olunub ki, Trampın bu addımı ABŞ-dakı bir sıra insan hüquqları qruplarının hüquqi əngəllərilə üzləşəcək və demokratların mövqeyini daha da gücləndirəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: ABŞ   miqrant  





Xəbər lenti